Xəbər lenti

Video 22:03 12.04.2019

Nazir əmr verdi: Azərbaycanda bütün uşaqlara peyvənd vurulacaq (VİDEO)

Ölkədətam peyvənd olunmamış və ya ümumiyyətlə, peyvənd edilməmiş uşaqlara peyvəndlər vurulacaq.Bu, Səhiyyə nazirinin imzaladığı"immunlaşdırma həftəsi" çərçivəsində həyata keçiriləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyir ki, "immunlaşdırma həftəsi" zəruri vaksinlərin əhali üçün əlçatan olmasına yönəldilib. Kampaniyanın məqsədi yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq, böyüməkdə olan nəslin sağlamlığını qorumaqdır.

İmmunlaşdırma həftəsinə artıq hazırlıq başlanılıb. Hazırda peyvənd olunmayan uşaqların siyahısı tərtib olunur. Uşaqaların peyvənd edilməsi konüllüdür və çox vaxt valideyinlər bundan itmina edir.

"İmmunlaşdırma həftəsi" ərzində nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqlər keçiriləcək. Aprelin 24-dən 30-a qədər baş tutacaq "İmmunlaşdırma həftəsi"nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->