Xəbər lenti

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
Siyasət 20:26 03.05.2024

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın qurumu tərk etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.


"Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin, eləcə də ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, - diplomat bildirib.



Eyni zamanda Zaxarova qeyd edib ki, təşkilatdan çıxma məsələsinə dair suallar rəsmi İrəvana ünvanlanmalıdır.



Diplomat həmçinin vurğulayıb ki, Moskva İrəvanın öz xarici siyasət kursunu müəyyənlədirmək, o cümlədən təşkilatdakı gələcəyi ilə bağlı qərar vermək kimi suveren hüququna şübhə etmir.



"Xatırladıram ki, təşkilatın nizamnaməsinin 19-cu maddəsində qurumdan çıxmaq imkanı təsbit olunub ki, bu halda dövlət KTMT çərçivəsində öz öhdəliklərini həll etdikdən sonra ən geci 6 ay əvvəl rəsmi bildiriş göndərməlidir. Bildiyimizə görə, təşkilata qarşı hər hansı ittihamlar səsləndirilsə də, tərəfdaşlar tərəfindən üzvlüklə bağlı yeni addımlar atılmayıb. Nəticədə Ermənistan KTMT-nin tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və təşkilatın 2002-ci il nizamnaməsində nəzərdə tutulmuş öhdəlikləri daşıyır”, - Zaxarova izah edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->