Xəbər lenti

Nazir: Gələn il Vergi Məcəlləsinə dəyişikliklər beş istiqaməti əhatə edəcək
Ölkə 20:07 20.11.2018

Nazir: Gələn il Vergi Məcəlləsinə dəyişikliklər beş istiqaməti əhatə edəcək

2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, birinci istiqamət sahibkarlığın dəstəklənməsi olacaq ki, bu da həm iqtisadi inkişaf, həm də vergi ödəyicilərinin hüquqlarının artırılması baxımından vacibdir:

"İkinci istiqamət "kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və iqtisadiyyatda şəffaflığın təmin olunmasıdır”.

M.Cabbarov bildirib ki, üçüncü istiqamət vergitutma bazasının genişləndirilməsi, dördüncü istiqamət iqtisadi səmərəliliyin artırılması üçün vergi güzəştlərinin tətbiq edilməsi olacaq.

Nazir əlavə edib ki, dəyişikliklərin əhatə etdiyi beşinci istiqamət vergi idarəetməsinin müasirləşdirilməsi olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->