Xəbər lenti

Nazir icra başçısının xalası oğlunu da işdən çıxardı
Ölkə 15:23 12.05.2018

Nazir icra başçısının xalası oğlunu da işdən çıxardı

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.

Qaynarinfo mia.az-a istinadən xəbər verir ki, nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.

Fakt mərkəzdən verilən açıqlamada təsdiqlənib. Bildirilib ki, Rəsul Balayevin yerinə artıq təyinat da olub.

Belə ki, həmin mərkəzin Baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.

Onu da qeyd edək ki, Rəsul Balayev İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun xalası oğludur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->