Dünya 11:44 27.01.2019

Kosovalı nazir müavini faciəvi şəkildə öldü

Kosovanın diaspor nazirinin müavini Arian Daci Breziviça xizək mərkəzində qar uçqununun altında qalaraq, dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun cansız bədəni qarın altından çıxarılıb. Mərkəzdən verilən məlumata görə, nazir müavinindən başqa digər bir nəfər də qar uçqunu altında qalıb, lakin o, sağ-salamat çıxarılıb. Vəziyyətinin stabil olduğu bildirilir.