"İnfiniti" və "Extra" gecə klublarına görə iki polis rəisi işdən çıxarıldı (YENİLƏNİB)

Nərimanov rayon polis idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev və 17-ci polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli tutduqları vəzifələrdən azad olunublar.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, məlumata görə, adıçəkilən şəxslər rayon ərazisində xüsusi karantin rejimi qaydalarının mühafizəsində və sanitar epidemioloji vəziyyətə nəzarət zamanı yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən çıxarılıblar. 

DİN mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumatı Oxu.Az-a təsdiq edib.
 
***
 
Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən rəislər rayon ərazisində fəaliyyət göstərən "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.


XƏBƏRLƏR
BLOGLAR
X