Ölkə 19:14 02.04.2020

Nazir sabiq icra başçısını vəzifəyə təyin etdi

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.

Qaynarinfo xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə gətirilib.

Qeyd edək ki, M.Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra Hakimiyyətinin başçısı olub.