Foto 12:13 02.02.2018

Nazir və həyat yoldaşı evlərində ölü tapıldı (FOTOLAR)

Pakistanın Sind əyaləti Planlaşdırma və İnkişaf naziri Mir Xəzər Xan Bicarani və həyat yoldaşı Fərihə Razak evlərində ölü tapılıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, cütlüyün bədənlərində güllə izləri aşkarlanıb. Hadisənin intihar və ya cinayət olması araşdırılır.

Bicaraninin üzvü olduğu Pakistan Xalq Partiyası nazir və həyat yoldaşının ölümünü təsdiq edərək istintaq prosesinin davam etdiyini bildirib.

Gülşən