Ölkə 11:45 14.09.2017

Nazirlikdən açıqlama: Dərslər nə vaxt başlayır?

Ümumrespublika təhsil müəssisələrində dərslər hər zaman olduğu kimi sentyabrın 15-i başlayacaq.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov şəxsi "Facebook" hesabında məlumat verib.

“Bir çox saytlarda dərslərin 18 sentyabrda başlaması ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi Bilik Günü sentyabrın 15-də qeyd ediləcək.

Əlavə olaraq qeyd edim ki, bu il məktəblərə 1 milyon 445 min 49 şagird gedəcək”, - Cəsarət Valehov bildirib.

Qaynarinfo.Az