Nazirlikdən işə gedənlərə xəbərdarlıq (VİDEO)

Nazirlikdən işə gedənlərə xəbərdarlıq (VİDEO)

Bakıda bu gecə də bəzi yollar buz bağlayıb.

Bakı şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları var gücü ilə işləyib.

Çəkiliş zamanı qar təmizləyən texnikalarla rastlaşmasaq da gördükləri işlərin izinin şahidi olduq. Ancaq nədənsə, bəzi küçələr unudulmuşdu. Bununla yanaşı, yolların işıqsız olması da daha bir təhlükəli vəziyyət yaradıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əhalini hava ilə bağlı xəbərdar edib. Belə ki, gecə saatlarında havanın temperaturu 9 dərəcə şaxtaya kimi enib. Bu səbəbdən səhər işə gedən insanlar ehtiyatlı olmalıdırlar.

Səhər saatlarında yolların buz bağlaması səbəbindən əhali və sürücülər hərəkət edərkən diqqətli və ehtiyatlı davransınlar. Ehtiyac olmadıqda küçəyə çıxmasınlar, şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR