Ölkə 13:24 16.01.2021

Nazirlikdən Zəfər muzeyi ilə bağlı açıqlama

Mədəniyyət Nazirliyi Zəfər muzeyi və memorial kompleksinin yerləşəcəyi məkanın müəyyən olunması və bununla bağlı qərarın verilməsi barədə məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, Zəfər muzeyinin yaradılması ilə bağlı bir sıra təkliflər hazırlanıb.

"Hazırda Zəfər muzeyinin yeri ilə bağlı müzakirələr davam etdiyindən muzeyin yerləşəcəyi məkan dəqiq müəyyənləşdirilməyib", - qurumdan qeyd edilib.