Ölkə 14:54 24.01.2020

Nazirliyin əməkdaşları maşın vuran uşaqlara baş çəkdi

Təhsil Nazirliyi Xırdalanda maşın vuran iki şagirdlə bağlı açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Cəsarət Valehov öz "Facebook" hesabında bildirib:

"Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucovanı məktəbə gedərkən minik avtomobili vurub. Şagirdlərin hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini Bakı City Hospitalda davam etdirirlər.

Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik”.