Sağlamlıq 16:48 10.08.2020

Nə qədər ki, ÜST virusla bağlı bir raport verməyib... - Professor

"Heç kəs çimərlikdə maska taxmır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, bu gün park və bulvarda kimə baxsan maskasızdır:

"Ümumdünya Səhiyyə Təşkilatı 7-14 avqustu maska taxılması həftəsi elan edib. Bu o deməkdir ki, insanlar maska taxmağı bir simviol kimi qəbul etsinlər. Maska vacib mədəniyyətin, təhlükəsizliyin bir nümunəsidir”.

Professorun fikirincə, nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı virusla bağlı bir raport verməyib, karantin davranışları çox sərt olmalıdır:

"Maska taxmaq da o cümlədən. Təəssüflər olsun ki, bu gün dənizkənarı bulvarda, çimərliklərdə heç kəs maska taxmır”.

Bahar Rüstəmli