Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyul ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 253,2 mln. dollar məbləğində vəsait satılıb.
Cari ilin iyun ayında keçirilən valyuta hərraclarında ARDNF 373,2 mln. dollar satıb. Beləliklə, ötən ay iyun ayı ilə müqayisədə Fond tərəfindən satılan valyutanın həcmi 32,2% azalıb.
Ümumilikdə, yanvar-iyul ayları ərzində ARDNF valyuta hərraclarında 1 mlrd. 940,92 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Qaynarinfo.Az
Şərhlər