Xəbər lenti

Neftçalada İranın
Ekonomiks 11:17 06.02.2019

Neftçalada İranın "Peugeot Pars" avtomobilləri istehsal olunacaq

Gələn aydan etibarən Neftçala Avtomobil Zavodunda İranın "Peugeot" avtomobilinin istehsalına başlanılacaq.

Qaynarinfo İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hodro şirkətinin Avropa, Asiya, Amerika və MDB ölkələri üzrə departamentinin müdiri Səbinə Noberi açıqlama verib.

"Lazımi araşdırmalar aparıldıqdan, bazarın nəbzi yoxlanıldıqdan və əhalinin avtomat mexanizmli maşınlara tələbatını gördükdən sonra Azərbaycanın Neftçala Avtomobil Zavodunda istehsala başlamaq qərarını aldıq", - deyə o, bildirib.

2019-cu ilin ilk yarısında 1000-dən çox avtomat mexanizm avtomobil istehsal etməyi hədəflədiklərini deyən şirkət rəsmisi Azərbaycanda da iki növ yanacaqla çalışa bilən "Peugeot Pars" model maşınlar istehsal olunacağını və gələn ildən qazanc götürüləcəyini qeyd edib.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->