İdman 22:58 08.08.2019

"Neftçi" son anda hesabı bərabərləşdirdi (YENİLƏNİB)

"Neftçi" - "Bney Yehuda" qarşılaşması başa çatıb. Komandamız 90+7 dəqiqədə Namiq Ələsgərovun qolu ilə məğlubiyyətdən xilas olub. Görüşdə hesab 2:2 olub.
 
**** 
"Neftçi" hesab arasındakı fərqi azaldıb. 43-cü dəqiqədə komandamızın üzvü Stiven Monroz qonaqların qapısına qol vurub - 1:2
 
****
36-cı dəqiqədə "Bney Yehuda" ikinci topu "Neftçi"nin qapısından keçirib. Bu dəfə Muhammed Qədir fərqlənib - 0:2.

****

26-cı dəqiqədə qonaqlar hesabı açıb. Tambi Saqas fərqlənib - 0:1.

**** 
 
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. Roberto Bordinin komandası doğma meydanda İsrailin "Bney Yehuda” klubu ilə üz-üzə gəlir. Oyun başlayıb...
 
 ****
"Neftçi" və İsrailin "Bney Yehuda" komandalarının UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün start heyətləri açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (K), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 11. Vanqelis Platellas, 93. Soni Mustivar

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Din Mori, 5. Daniel Felczer, 6. Amir Rustom, 8. Şay Mazor, 16. Avişay Koen, 19. İsmaila Soro, 21. Tambi Saqas, 9. Dor Yan, 11. Mohammed Qadir, 24. Alban Pnişi

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra İsraildə olacaq.