"Neftçi" "Zirə"yə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Qaynarinfo-nun məlumatına görə, çempionatın lideri "Neftçi" səfərdə "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 67-ci dəqiqədə Davit Volkov vurub. Gürcüstanlı hücumçu 77-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək, meydanı xərəkdə tərk edib. Onun yerinə oyuna Musa Qurbanlı daxil olub.

Bu qələbədən sonra xalını 28-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 33 xalla ilk sırada yer alır.

Qeyd edək ki, turun açılış matçında "Qəbələ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Digər görüşdə "Sabah" "Keşlə" ilə qarşılaşır. Tura bu gün keçiriləcək "Qarabağ" - "Səbail" oyunu ilə yekun vurulacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR