Neftin bir bareli 2015-ci ildən bu yana ilk dəfə 65 dolları ötüb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu, London birjasında keçirilən hərracların nəticəsində məlum olub. Hərrac məlumatlarına əsasən, Bakı vaxtı ilə 06.25-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 0,52% artaraq 65,24 dollar təşkil edib.
Bu göstərici sonuncu dəfə 2015-ci ilin 24 iyun tarixində qeydə alınıb.
Şərhlər