XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?
Ekonomiks18:10 18.08.2026

"Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?

Nəsimi rayonunda yerləşən “Barni Kids Körpələr Evi-Uşaq Bağçası” MMC cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, “Barni Kids Körpələr Evi-Uşaq Bağçası” MMC və onun qanuni təmsilçisi barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib.

Məhkəmədə məlum olub ki, uşaq bağçasının rəhbərliyi nazirlik tərəfindən tələb edilən sənədləri təqdim etməyib.

Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib və bunun səbəbi barədə məhkəməyə məlumat verməyib.

Məhkəmənin qərarı ilə “Barni Kids Körpələr Evi-Uşaq Bağçası” MMC 2 000 manat, bağçanın qanuni təmsilçisi Mehtiyeva Xalisə Firudin qızı isə 1 000 manat məbləğində inzibati cərimə edilib.

Aydın