Xəbər lenti

Dünya 17:00 11.03.2020

"New York Times": “Yunanıstan miqrantları məxfi mərkəzlərdə saxlayır”

Yunanıstan ölkə sərhədini keçən qaçqınları kənar aləmlə heç bir ünsiyyət hüququ olmayan gizli təcrid olunmuş mərkəzlərə aparır.

Qaynarinfo xəbər verir ki, bu haqda "New York Times” qəzetinin mqaləsində deyilir. 

"Yunanların qaçqınlar üçün məxfi məkanı: Vəhşi heyvanlar kimiyik" başlıqlı məqalədə Afinanın beynəlxalq qanunları pozaraq qaçqınları Türkiyəyə qaytarmağa çalışdığını qeyd olunub.

"Yunanlar qaçqın və miqrantların əlində nə varsa, eləcə də telefonları və paltarlarını alır, döyür və heç bir qanuni prosedur olmadan Türkiyəyə qaytarırlar", - qəzet yazır.

Nəşr qeyd edir ki, bu gizli mərkəzlərdən biri Yunanıstanın şimal-şərqində yerləşir. Bunu peyk məlumatları da sübut edir.

Bildiyimiz kimi, Türkiyə hakimiyyəti bir qədər əvvəl AB ölkələrinə getmək istəyən qaçqınların yolunu bağlamayacaqlarını açıqlayıb.

Qərar Avropa tərəfinin 2016-cı il miqrasiya müqaviləsinin şərtlərinə əməl etməməsinə cavab olaraq qəbul edilib.

Demək olar ki, hər gün qaçqınlara qarşı gözyaşardıcı qaz və plastik güllələrdən istifadə olunur.

Son günlər sərhəddə bir neçə qaçqın öldürülüb.

Yunan hərbçilərinin qaçqınları çılpaq soyundurub döyməsi, pul və telefonlarını alması, sonra da Türkiyə ərazisinə qayıtmağa məcbur etməsi halları tez-tez olur.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->