İdman 12:19 27.01.2022

Neymar: "PSJ-dən başqa yerlərdə özümü daha yaxşı hiss edirəm"

"Barselona"dan PSJ-yə rekord qiymətə keçən Neymar Fransada indiyə qədər istədiyi xoşbəxtliyi tapa bilməyib.

Qaynarinfo xəbər verir ki, futbolçu özü haqqında çəkilən sənədli filmdə bunu etiraf edib. "Netflix" fubolçu haqqında sənədli film təqdim edib. Bu film məşhur basketbolçu Lebron Ceymsə məxsus olan "Unterrupted" adlı prodüser şirkəti tərəfindən hazırlanıb.

Braziliyalı superulduz film boyu özü haqqında bir neçə maraqlı hekayə danışıb, o cümlədən bəzi məqamlarda PSJ-dən ayrılmağa çox yaxın olduğunu deyib. 

"Sambaçı" PSJ-nin iki dəfə ardıcıl olaraq Çempionlar Liqasının finalında və yarımfinalında mübarzəni dayandırmasından sonra hiss etdiklərini belə anladıb:
 
"Mən başqa yerlərdə daha yaxşı hiss etdiyimi gördüm. Ancaq bu hisslər heç vaxt PSJ azarkeşlərinə və ya klubun özünə qarşı olmayıb".

Neymar 2009-cu ildə 17 yaşında "Santos"un əsas komandasına keçib. O, 2013-cü ildə "Barselona"ya qoşulmazdan əvvəl onlarla "Campeonato Paulista" və "Copa Libertadores"i üç dəfə qazanıb.

Kataloniyada o, 2015-ci ildə iki dəfə La Liqanın və Çempionlar Liqasının qalibi olub.  2017-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?