İdman 13:04 17.12.2013

Neymarın transferi "Barselona"nın başını ağrıdacaq


İspaniya Ali Məhkəməsi "Barselona" klubunun rəhbərliyindən Neymarın transferi ilə bağlı sənədləri tələb edib.

Qaynar.info
-nun goal.com-a istinadən verdiyi xəbərə görə, katalon klubunun prezidenti Sandro Xosel Neymarın atasına transferin həyata keçirilməsi üçün 40 milyon avro pul ödəyib.

Hazırda məhkəmə transferlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Neymar bu ilin yayında "Barselona"ya 57 milyon avroya transfer olunmuşdu.

Qaynar.info