Xəbər lenti

Nigeriyada həbsxanaya hücum: 800 məhbus qaçdı
Dünya 22:18 23.10.2021

Nigeriyada həbsxanaya hücum: 800 məhbus qaçdı

Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.

Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.

Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->