Dünya 19.01.2022

Nikolla rəqs etmək, Nikolla salamlaşmaq və Nikola dözmək… - Avaqyan

"Əgər hələ də sizə elə gəlirsə ki, Ermənistanı geosiyasi poliqona çevirmək, sadəcə, dövlətin və onun vətəndaşlarının məhvinə heç bir təsiri olmayan mürəkkəb politologiya düyünüdür, onda yetər ki, Nikol Paşinyanın Qarabağı və Ermənistanı nə günə saldığını görək”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin deputatı Qaren Avaqyan deyib.

"Bütün bunlar o zamana qədər davam edəcək ki, biz öz hisslərimizlə, gördüklərimizlə və eşitdiklərimizlə birlikdə unutqanlıq içində qalacaq və bütün bunlara göz yumacağıq.

Nikolla rəqs etmək, Nikolla salamlaşmaq və Nikola dözmək, bu bir Qarabağa və Ermənistana arxadan vurulan ölümcül zərbədir”, - deputat fikrini yekunlaşdırıb.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?