Qırğızıstan vətəndaşları Novosibirsk hava limanından evlərinə uça bilmirlər. Rusiyanın dünyanın bütün ölkələri ilə uçuşlarını kəsdikdən sonra 50-dən çox insan şəhərdə qalmaq məcburiyyətində qalıb.
Qaynarinfo MK Novosbirisk-ə istinadla xəbər verir ki, artıq sosial şəbəkələrdə baş verənlərlə bağlı çoxlu şikayətlər olub. "İnsident Novosibirsk" qrupunda sərnişinlərdən birinin mesajı dərc edilib. Mesajda deyilir ki, Qırğızıstan hökuməti vətəndaşlarını Rusiyadan aparmağı düşünmür, çünki karantin xəstəxanaları, dezinfeksiya vasitələri, həmçinin koronavirusun olub-olmadığını müəyyənləşdirən testlər yoxdur.
Bundan əlavə, analizlər üçün heç bir vasitə, hava limanının tibbi xidmət işçiləri üçün qoruyucu xüsusi xalatlar yoxdur. Bundan əlavə, heç tibb işçilərinin özləri də yoxdur.
Eyni zamanda, Qırğızıstan vətəndaşlarını hökumətlərinin COVID-19 ilə mübarizə aparmaq üçün beynəlxalq təşkilatlardan 200 milyon dollardan çox pul alması xüsusilə qəzəbləndirib. Bundan başqa qırğız sahibkarları da dövlətə müxtəlif ianələr edib.
Bununla belə, ölkənin koronavirusla bağlı operativ qərərgahından bildiriblər ki, xaricdə olan vətəndaşlarını qəbul etməkdən imtina edilməsinin əsas səbəbi, pul çatışmazlığıdır.
Novosibirskin Tolmaçevo hava limanında Qırğızıstan konsulu bütün qocaların, hamilə qadınların və uşaqlı qadınların gecələmək üçün yer və isti yeməklə təmin olunacağına əmin edib.
Ən geci 30 aprelə qədər Rusiyada qalmağa məcbur olan qırğızlar bu gedişatdan narazıdırlar. İndi onlar aclıq aksiyasına başlamağa hazırdırlar. Onlar bu tətili "ümidsizlik aksiyası" adlandırıblar.
Xatıladaq ki, bundan əvvəl, oxşar vəziyyət Novosibirskdə Özbəkistan vətəndaşları ilə yaranmışdı. Onların çoxu bir həftə beynəlxalq terminalda yaşamağa məcbur olmuşdu. Yalnız Özbəkistan konsulluğunun müdaxiləsi vəziyyəti həll edə bilmişdi. Daşkəndə uçan bir təyyarə hamını çətin vəziyyətdən xilas etmişdi.
Alpər
Şərhlər