Ölkə 09:48 15.09.2019

Novxanıda ağır qəza: 3 nəfər öldü, 6 yaralı var

Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
 
Qeyd edək ki, Novxanı yolunda yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verən ağır qəza 3 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnib.