Ölkə 16:21 04.08.2021

Nöqsanlara görə işdən çıxarılan rəisin yerinə təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

"Qafqazinfo”nun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis gətirilib. Bu vəzifəyə 4-cü Polis Bölməsinin polis mayoru Vəli Cəfərov təyin edilib. 
  
Qeyd edək ki, 26-cı Polis Bölməsinin əvvəlki rəisi Faiq Bədəlov və Anar adlı müavini işlərindəki ciddi nöqsanlara görə vəzifədən çıxarılaraq sərəncama götürülüblər.