Numan Kurtulmuş:

Numan Kurtulmuş: "Bunun erməni xalqına heç bir faydası olmaz"

"İki ölkə arasında qardaşlıq əlaqələri bu gün də davam edir”.

Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türk şəhidliyi abidəsinin önündə çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövləti və xalqı Azərbaycanlı qardaşlarının yanında idi:

"İlham Əliyevin qətiyyətli duruşu və ordusunun gücü ilə Qarabağ azad olundu. İki ölkənin siyasi partiyaları arasında əlaqələrin inkişaf etdirilməsi zəruriliyi var idi”.

N.Kurtulmuş əlavə edib ki, ortaq mədəniyyət dəyərlərinin necə inkişaf etdirilməsi baxımından Gəncədə konfrans keçiriləcək:

"Səfər çərçivəsində iki siyasi partiyanın (AKP və YAP) əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi görüşlərimiz olacaq”.

O əlavə olaraq qeyd edib ki, Ermənistan problemləri həll etmək üçün digər ölkələrdən kömək istəmək fikrindən əl çəkməlidir.

"Digər ölkələrdən yardım istəmək erməni xalqına heç bir faydası olmaz”, - deyə o əlavə edib. //Report
XƏBƏRLƏR
BLOGLAR
X