Nura Suri boşanma səbəbini açıqladı: "Övladlarımı qəbul etmirdi" (VİDEO)
Müğənni Nura Suri növbəti dəfə şəxsi həyatından danışıb.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, ifaçı "Virtual həyat” verilişində bu sözləri deyib: "Həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki?! Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar. Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm, hamı nəyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”.
Nura sonuncu nikahının pozulmasına da münasibət bildirib: "Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim?! Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o, Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi. Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə, mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər