"Xəzər TV"nin "5/5" proqramının qonağı Əməkdar artist Nuşabə Ələsgərli olub.
"Qaynarinfo" metbuat.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal xanım müğənnidən qızının yaşını soruşub. Müğənnin cavab isə belə olub: "Onun hələ ərə getmək vaxtı deyil, 21 yaşı var. Ali məktəbdə oxuyur.
Zaur Kamal isə müğənni Nadir Qafarzadənin "5/5"-də səsləndirdiyi sözləri xatırladıb: "Ötən gün bir müğənni qonağım var idi, sizin qızınızı oğluna istəyir. Nə deyirsiniz?”
Xanım müğənni aparıcının bu sözünə sərt cavab verib: "Belə söhbətlər mənim xoşuma gəlmir. Onun hələ ərə getmək vaxtı deyil”.
Qaynarinfo.Az
Şərhlər