Xəbər lenti

O seçicilər parlamentdə adam tapmır ki, problemlərini desinlər – Boş qalan dairələr
Siyasət 11:06 17.09.2021

O seçicilər parlamentdə adam tapmır ki, problemlərini desinlər – Boş qalan dairələr

"Parlamentdə boş qalan dairələrə mütləq deputat seçkiləri keçirilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. Onun sözlərinə görə, yarım milyondan çox seçici parlamentdə nümayəndəsiz qalıb:

"Bizim konstitusiya, qanunlarımız çərçivəsində yeni, yəni növbəti seçkiyə 4 ay qalıbsa, yalnız o zaman deputat yerlərinə seçkilər keçirilmir, qalan halda konstitusiyanın tələbinə görə, seçkilər keçirilməlidir. Konstitusiya və qanunların tələbinə əsasən boş qalmış yerlərə əlavə seçkilər keçirilməlidir. İkincisi, təxminən yarım milyondan çox insan, seçici kütləsi özlərinin ali qanunverici hakimiyyətində nümayəndəsiz qalıb. Yəni parlamentdə onların müraciət etmək üçün adamları, deputatları yoxdur, həmin adamlar nümayəndəsiz qalıb. O seçicilər parlamentdə adam tapmırlar ki, nəsə istəkdə bulunsunlar, problemlərini desinlər və s. Bu onların konstitusion hüquqlarının pozulmasıdır. Aktiv və passiv səs hüququndan istifadə edib onlar deputat seçməlidir və özlərinin problemlərini həmin deputat vasitəsi ilə həyata keçirməlidirlər. Bu da məsələnin ictimai-siyası tərəfidir”. 
 


Tahir Kərimlinin sözlərinə görə, Azərbaycanda xeyli partiya və siyasi liderlər var ki, onlar bu seçkidə iştirak etməklə parlamentdə təmsil olunmaq istəyir:

"Onların da hüququ var, həsrətlə gözləyirlər. Bunların arasında parlamentə keçə bilməyən namizədlər var. hesab edirəm ki, boş qalan dairələrə seçkilər keçirilməlidir. Parlamentin özünün səsverməsində də tam sayda deputat təmsil olunmalıdır. Onlar komitə, yaxud da plenar iclaslarda həlledici səs rolunu oynaya bilərlər. Bu kimi prosesləri nəzərə alanda mütləq boş qalan yerlərə seçkilər keçirilməlidir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->