“O sözə görə Siyaviş Novruzovun yerinə utandım...” – Partiya sədri

“O sözə görə Siyaviş Novruzovun yerinə utandım...” – Partiya sədri

"Mən şəxsən Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var. Parlamentin də yerinə utanıram ki, belə bir millət vəkili, komitə sədri var”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Milli Məclisin deputatı Siyavuş Novruzovun təhsil haqlarını ödəyə bilməyən tələbələrin ünvanına "dərsdən sonra gedib işləsinlər” fikirinə aydınlıq gətirərkən deyib. Partiya başqanının sözlərinə görə, tələbələrin vəzifəsi işləmək deyil, oxumaqdır: 
 
"Mən Siyavuş müəllimin çıxışına baxdım, doğrudan da belə fikirlər səsləndirdi. Bakıda oxuyan tələbələrin demək olar ki, hamısı işləyir. Satıcı, ofsiant, yanacaqdoldurma məntəqələrində, gecə növbəsi olan işlərdə və s. işləyirlər. Hətta onlar işləsələrdə belə təhsil haqlarını ödəyə bilmirlər. Çünki təhsil haqları fantastik dərəcədə yüksəkdir. Hələ onun üzərinə də tələbələrin aylıq xərcləri - qida, geyim, kirayə haqlarını gələndən onda ortaya doğrudan da fantastik bir rəqəm çıxır. Hansı ki, tələbə nə qədər işləyir-işləsin onu ödəyə bilməz. Onu heç bütün günü işləyənlər ödəyə bilməz. Siyavuş Novruzovun diqqətinə çatdırmaq istəyirəm ki, tələbənin vəzifəsi oxumaq, yetişmək və mütəxəssis olmaqdır. Tələbə dərs bitəndən sonra işə gedəcəksə, dərsini nə vaxt oxuyacaq, nə vaxt ixtisası üzrə kitab oxuyacaq? Universitetlərin yataqxanaları yoxdur, tələbələrin yaşayışını təmin edə bilmirlər”.

Partiya başqanı hesab edir ki, əslində bu təhsil probleminə Siyavuş müəllimin çox səthi və ironik yanaşmasıdır:

"Parlamentin komitə rəhbəridir, deyirlər ki, "təhsil haqqı yüksəkdir, tələbələr ödəyə bilmir”. Deyir, "getsin işləsin”. Görün nə qədər bəsit, nə qədər biabırçı yanaşmadır. Buna nəsə deməyə adam söz tapmır. Bu adama desələr ki, Azərbaycanda kasıblıq, yoxsulluq həddi var, deyəcək işləmirər də, ona görədir. Əgər tələbə özü işləyib, qazanıb oxuyacaqsa, dövlətin tələbəyə yardımı hardadır? Təhsil Nazirliyi nəyə lazımdır? Bəs, sizlər nəyə lazımsınız? Utanverici bir cavab idi. Hər halda mən o sözə görə Siyaviş müəllimin yerinə utandım”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR