Dünya 18:43 11.10.2017

«Çoban iti» diplomatiyası (FOTOLAR)

Rusiyaya yenidən təbii qaz satışı həyata keçirmək istəyən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya prezidenti Vladimir Putinə çoban iti balası hədiyyə edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Berdiməhəmmədov "Ortaq dostumuz var. Əvəzsiz Mərkəzi Asiya çoban iti Alabay. Bu gün bu balacanı da özümlə gətirmişəm" deyərək hədiyyəni Soçi şəhərində görüşdüyü Putinə verib. Putin itin altından öpərək ona "sadiq" mənasını verən Vernıy adını qoyub.

Bundan əvvəl Yaponiya və Bolqarıstan liderləri də nadir it cinslərinin balalarını Putinə hədiyyə etmişdi.

Qeyd edək ki, enerji qiymətlərinin aşağı düşməsi səbəbilə Türkmənistan iqtisadiyyatı çətin vəziyyətdədir. Rusiya isə 2016-cı ildən etibarən bu ölkədən təbii qaz alışını dayandırıb. 


Gülşən

Qaynarinfo.Az