Dünya 19:00 09.04.2020

Okeanda 11 mərtəbəli bina hündürlükdə zəhərli varlıq videoya çəkildi

Okeanda 50 metr uzunluğunda zəhərli yırtıcı heyvan tapılıb.

Qaynarinfo Newsweek-ə istinadən bildirir ki, Şmidt Okeanologiya İnstitutunun alimləri Apolemiya cinsinə aid nəhəng sifonoforu videoya çəkiblər.

Qeyd olunur ki, bu ipəbənzər məxluq Avstraliyanın qərb sahillərindəki sularda yaşayır. Onun xarici halqasının diametri 15 metr, uzunluğu 50 metrə qədərdir. Bunu 11 mərtəbəli bir binanın hündürlüyü ilə müqayisə etmək olar. Şmidt İnstitutunun Twitter səhifəsində bildirlir ki, bu nümunə ehtimal ki, onlardan ən böyüyüdür.

Sifonoforlar minlərlə kiçik klondan ibarət koloniyalardır. Onlar balıqlar, xərçəngkimilər və digər kiçik sualtı heyvanlarla qidalanırlar. Bəzi klonlar qurbanın bədəninə zəhərini yeridir, digərləri isə onu həzm edərək qida maddələrini digərlərinə "ötürür". Qeyd olunur ki, bəzi sifonoforlar zəhərləri ölümcül olduğuna görə insanlar üçün çox təhlükəlidir.

Amerikalı bioloq Rebekka Holm deyib ki, tapılan sifonoforun yüzdən çox yaşı var. Çünki indiyə kimi görülmüş bu məxluqların uzunluğu maksimum 20 sm-dən 1 metrə qədər olub.
 
Alpər