Ekonomiks 11:20 22.12.2017

Oğluna "Bitcoin" adını qoydu

Krımda yaşayan bir cütlük yeni doğulan oğullarına kripto valyuta olan Bitcoin adını qoyublar.

Qaynarinfo-nunməlumatına görə, "Bitcoin"in dəyər qazanması ilə maddi vəziyyətini yaxşılaşdırdığını deyən 31 yaşlı Oleq bildirir ki, oğluna bu adı qoymaqla kripto pul sənayesinə dəstəyini nümayiş etdirir.
 
Krımlı ata övladının qız olacağı təqdirdə ona digər kripto pul vahidi olan Dash adını verməyi planlaşdırdığını qeyd edib.
 
Bitcoin Oleqoviçin sağlam dünyaya gəldiyi deyilir.

Gülşən