Sağlamlıq 19:09 21.06.2021

Onkoloq qaraciyər xərçənginin "kiçik" simptomlarından danışdı

Qaraciyər xərçənginin və digər bir sıra onkoloji xəstəliklərin ortaya çıxmasını "kiçik işarələr sindromu" sübut edə bilər". 

Qaynarinfo xəbər verir ki, bu sözləri onkoloq Andrey Pıleyev "Danışır Moskva" radiostansiyasının efirində deyib.

Bu əlamətlərə arıqlamaq, süstlük, halsızlıq və ağrı hissi daxildir.

"Hər iki vəziyyətdə də əlamətlər dəsti şişin yerləşməsindən asılıdır,- Pıleyev qeyd edib. - Şiş qaraciyərin qapısında olarsa və öd yollarını sıxarsa, xəstə sarala bilər, şiş ətrafda olarsa və qaraciyər kapsulunu uzadarsa, kifayət qədər bariz ağrı hissləri olacaq".

Qaraciyər xərçəngi hepatositlərdən və qan və limfatik damarların endoteliyasından əmələ gələn malign bir formasiyadır. Şiş meydana gəlməsinin ilkin mərhələlərində xəstəlik simptomsuz və ya digər xəstəliklərin əlamətləri ilə ola bilər.
 
Alpər