Ölkə 17:29 28.10.2021

Onlayn tədrisə keçirilməsi gözləniləndir, qapanmalar isə... - İnfeksionist

"Orta məktəblərdə tədrisin onlayn sistemə keçirilməsi gözləniləndir”.

Bunu Qaynarinfo-ya açıqlamasında infeksionist-həkim Namiq Nəbiyev Operativ Qərargah tərəfindən COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə bəzi qadağaların tətbiq olunacağına dair yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Həkim buna səbəb olaraq uşaqlar arasında virusun yayılmasının göstərib:

"Artım müşahidə olunmaqdadır. Amma açıq havada maska taxılmasına inanmıram. Qarşıda 8 noyabr - Zəfər Bayramı var. Bu bayrama görə inanmıram ki, qapanmalara gedilsin. Çünki bu bizim ilk zəfər bayramımızdır. Mənə elə gəlir buna görə qapanmalara gedilməyəcək. İkincisi də yoluxma sayı neçə gündür ki, 2000-2300 arasında davam etməkdədir, amma son günlər ölüm sayı artır. 3000-4500 yoluxma sayında 30-31 nəfər dünyasını dəyişirdisə, indi yoluxma sayına görə, ölüm halları artmaqdadır. Bu bizi narahat etməlidir. Bunu toylarla da əlaqələndirmək olmaz, ən çox yoluxma yas yerləri ilə bağlıdır”.
 
 

Namiq Nəbiyev artıq əhalinin 5 milyonunun vaksinasiya olunduğunu vurğulayıb: 

"Buna görə qapanmalara gedilməz”.

Bahar Rüstəmli