"Zümrüd Əzizbəyli dünən Ramiz Əzizbəylinin yanında dəfn olundu".
Bunu Qaynarinfo-ya açıqlamasında Ramiz Əzizbəylinin yaxın qohumu Nərmin Əzizbəyli bildirib. O, bu axşam mərhumun 3 mərasiminin keçiriləcəyini vurğulayıb:
"Axşam 3 mərasimidir, kimlərin gəlib-gəlmədiyini bilmirik. Zümrüd xanımın vəfatı ilə bağlı başsağlığı verənlərin sayı çoxdur. Düzü, onun vəfatı ilə bağlı biz heç kimə məlumat vermədik. Ramiz müəllimin qızları istəmədi. Kiməsə əziyyət vermələrini istəmədilər".
Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli dünyasını dəyişib. Ramiz Əzizbəyli 2021-ci ildə vəfat edib.
Bahar Rüstəmli
Şərhlər