Xəbər lenti

Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verildi
Ekonomiks12:38 27.02.2026

Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.
N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan  "DOST İş Mərkəzi” MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər "İcbari Sığorta Bürosu”nda çalışıb.