Video 17:59 23.06.2021

Oqtay Gülalıyevdən xəbər var (VİDEO)

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətindən irəliləyik qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev öz "Facebook” hesabında paylaşım edib. Görüntülərdə Turan  İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Oqtay Gülalıyevi hərəkətə gətirməyə cəhd edir. Nəticədə Gülalıyevin artıq əllərini hərəkət etdirdiyi, jest və mimikalarla fikrini çatdırmağa çalışdığı müşahidə olunur.

Xatırladaq ki, Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da qəza keçirib. Belə ki, hüquq müdafiəçisi piyada keçidini keçərkən onu maşın vurub. O, dərhal Musa Nağıyev adına Bakı Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra isə Baku City Hospital klinikasına aparılıb.  Oktyabrın 30-da isə  Respublika Neyrocərrahiyyə xəstəxanasında əməliyyat keçirib. Bundan sonra Gülalıyev  Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib. 2021-ci il yanvarın 25-də isə Azərbaycan həkimlərinin Oqtay Gülalıyevin beynində fəsad yaranmasına gətirib çıxaran hərəkətləri ilə bağlı Prokurorluq təkrar təhqiqata başlayıb.