Ölkə 10:02 22.02.2020

Oqtay Gülalıyevin səhhətindən xoş xəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Yazar Zümrüd Yağmurun Qaynarinfo-ya verdiyi məlumata görə, Oqtay Gülalıyev qurğuların köməyi ilə hər gün ayaqüstə qaldırılır:

"Gözlərini açır, əlini tərpədir və aparatın köməyi ilə ayaqüstə qaldırılır. Bundan əlavə, hər gün bir saat əlil arabasında otuzdurulur”.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da paytaxtın Nəsimi rayonunda ərazisində yolu keçərkən "Hyundai Accent” markalı avtomobillə vurulub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospitalda O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Xatırladaq ki, noyabrın 4-dən sonra Oqtay Gülalıyevin müalicə xərclərini Heydər Əliyev Fondu ödəyir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir. 

Bahar Rüstəmli