Xəbər lenti

Ölkə 11:51 31.05.2021

Ordumuzda anonim sorğu: şəxsi heyət fikrini açıq yaza biləcəkmi? (ŞƏRH)

"Orduda anonim sorğunun keçirilməsi doğru addımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunda anonim sorğuların keçirilməsindən danışarkən deyib. O bildirib ki, anonim sorğuların keçirilməsi ilk dəfə deyil:

"Sorğu daha əvvəllər də keçirilib. Son il ərzində, müharibə, əməliyyatlar, hərbi hissələrin yerlərinin dəyişdirilməsi kimi fəaliyyətlər ola bilsin ki, bu prosesləri bir qədər arxa plana atıb. Sorğuda iştirak edən şəxsi heyət adını, soyadını, imzasını göstərmədən təqdim olunan sorğulara və öz münasibətini bildirir. Şəxsi təklif və şikayətlərini də bildirə bilər. Doğru addımdır, hərbi hissələrdə intizamın və döyüş hazırlığının yüksəlməsinə xidmət edir. Bu sorğu nəticələrinin analiz olunması komandanlığa şəxsi heyətin hadisələrə münasibəti barədə doğru-dürüst və ətraflı təəssürat əldə etməyə imkan verir”.
Ədalət Verdiyev qeyd edib ki, bu sorğuda şəffaflıq tam təmin olunub:
 
 

"Burada əsgərlərin iradlarını açıq yaza bilməyəcəklərinə dair ehtimalların heç bir əsası yoxdur.  Çünki əvvəlcədən şəxsi heyətə sorğunun məqsədləri barədə geniş və ətraflı məlumat verilir. Əgər şəxsi heyət müstəqil fikir yaza bilməyəcəksə, o zaman anonum sorğunu keçirməyə gərək qalmazdı”.
 
Qeyd edək ki, 2021-ci il üçün hazırlıq planına əsasən şəxsi heyəti maraqlandıran məsələlərin öyrənilməsi məqsədilə Azərbaycan Ordusunda anonim sorğular keçirilir.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->