Xəbər lenti

Gürcüstanı Aİ üzvlüyünə namizədlikdən məhrum ediləcək? - Çağırış edildi
Dünya 17:12 01.05.2024

Gürcüstanı Aİ üzvlüyünə namizədlikdən məhrum ediləcək? - Çağırış edildi

Tbilisidə "xarici agentlər” haqqında qanuna qarşı keçirilən mitinqdə təhlükəsizlik qüvvələrinin zorakılıq tətbiq etməsindən sonra Avropa Parlamentində Aİ-ni Gürcüstanı üzvlüyə namizəd statusundan məhrum edilməsinə çağırış edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə  Avropa Parlamentinin üzvü Viola fon Kramon Twitter-də (X) yazıb
 
O bildirib ki, Gürcüstanda "xarici agentlər” haqqında qanuna qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılıq konkret nəticələrlə üzləşməlidir.

Avrodeputat Gürcüstanın ötən ilin dekabrında aldığı Aİ-yə namizəd statusunu ləğv etməyə çağırıb. Çoxları hesab edir ki, Gürcüstan bu statusu avans kimi alıb, çünki Aİ Tiflisin Rusiyaya tərəf dönməsinin qarşısını almaq üçün bu addımı atıb.

Avropa Parlamentinin deputatı həmçinin gürcü layihələrinin Avropa tərəfindən maliyyələşdirilməsini dayandırmağı, rusiyayönlü oliqarx və hakimiyyətdə olan partiyanın faktiki lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyi və mübahisəli qanunun lehinə səs verən deputatların Aİ-yə girişini qadağan etməyi təklif edir.

Xatırladaq ki, çərşənbə günü gecə Gürcüstan xüsusi təyinatlıları Tbilisidə "xarici agentlər” haqqında qanuna qarşı keçirilən dinc etiraz aksiyasının iştirakçılarını zorakılıqla dağıtmağa cəhd ediblər. Gürcüstan parlamentinin binası yaxınlığında çevik qüvvələr gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, lakin etirazçılar Rustaveli prospektini tərk etməkdən imtina ediblər.

Aprelin 25-də Avropa Parlamenti Aİ-ni "Rusiya qanunu” və "xarici agentlər haqqında” qanun kimi tanınan "xarici təsirin şəffaflığı haqqında” qalmaqallı qanun qüvvədə olduğu müddətcə Gürcüstanla üzvlük danışıqlarına başlamamağa çağıran qətnamənin lehinə səs verib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->