Oğuzda da meşə yanır: FHN təyyarəsi və helikopterlər göndərdi

Oğuzda da meşə yanır: FHN təyyarəsi və helikopterlər göndərdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Qaynarinfo FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.

XƏBƏRLƏR
BLOGLAR