Dünya 10:15 11.07.2019

Pakistanda qatar qəzası: 13 ölü, 67 yaralı var

Pakistanda sərnişin və yük qatarı toqquşub.

Qaynarinfo xəbər verir ki, Pəncab vilayətində baş verən hadisə zamanı azı 13 sərnişin ölüb, 67 nəfər yaralanıb. Zərərçəkənlər arasında azyaşlılar da var. 

İlkin məlumata görə, səhv yol ilə hərəkət edən sərnişin qatarı hərəkətsiz dayanmış yük qatarına tam sürətlə çırpılıb.

Gülşən