Dünya 13:49 17.04.2019

Pakistanda sel fəlakəti: 39 ölü, 135 yaralı

Pakistanın Bəlucistan və Hayber-Paxtunxva əyalətlərində müşahid edilən sel 39 nəfərin həyatına son qoyub.

Qaynarinfo xəbər verir ki, 2 gündür davam edən təbii fəlakət zamanı 135 nəfər xəsarət alıb. 

Hər iki əyalətdə çox sayda ev dağılıb və ya ciddi zərər dəyib. 

Güclü yağışların növbəti günlərdə davam etməsi proqnozlaşdırılır.

Gülşən