Pakistanda terror: Quran dərsinə gətirilən çanta...

Pakistanda terror: Quran dərsinə gətirilən çanta...

Pakistanın Peşəvər şəhərində dini seminariyada dərs zamanı partlayış baş verib.


Qaynarinfo xəbər verir ki, "Şəfəq" qəzetinin yazdığına görə, hücum nəticəsində ən azı yeddi nəfər ölüb, daha 70 nəfər yaralanıb. Ölən və yaralananlar arasında həm tələbələr, həm də müəllimlər var.


Yaralılar "Lady Reading” xəstəxanasına aparılıb, onlardan çoxunun vəziyyəti ağırdır.


Məlum olub ki, kimsə Quran öyrədilən sinfə əldə hazırlanmış bomba olan çanta gətirib.


Polis hadisə yerini dövrəyə alıb, araşdırma aparılır.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR