Dünya 14:57 14.01.2020

Palata rəhbəri Rusiyada korrupsiyanın miqyasından danışdı

Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin agentliyinin korrupsiyaya qarşı mübarizə üçün əlavə səlahiyyətlərə ehtiyacı olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, o, bununla yanaşı, Rusiyada korrupsiyanın vurduğu zərərin trilyonlarla rublla ölçüldüyünü və miqyasının hələ azaldılmadığını vurğulayıb. 

Kudrin fikrincə, korrupsiya iqtisadi artımın azalmasına səbəb olur. Xüsusilə, bu, investisiyalara, əhalinin gəlirlərinin artmasına və s. mənfi təsir edir.