Foto 12:49 13.05.2019

Palçığın içindəki yarmarka – Sumqayıtdan görüntülər

Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində olan yarmarkada antisanitariya vəziyyəti hökm dürür.

Qaynarinfo xəbər verir ki, bu haqda "Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Xəbərdə bildirilir ki, şəhərdə yarmarkanın yeri 3 dəfə dəyişdirilsə də vəziyyət hər dəfə daha da pisləşib. "Üstəlik təzə yarmarkanın yerləşdiyi yer adi açıq ərazidir. Əvvəlki yerdə heç olmasa talvar konstruksiyası var idi, satıçılar orda pis hava şəaraitində daldana bilirdi, təzədə isə satıcılar yağışda, küləkdə bütün günü küləyin, yağışın, soyuğun altında, toz-palçığın  içində alver etmək məcburiyyətindədirlər”.

Şikayətdə qeyd edilir ki, yarmarka ərazidə də xaos yaradır, gediş-gəlişə mane olur. "Bu yarmarka daha çox orta əsr feodal-natural bazarlarını xatırladır. Yarmarkada daimi yer almaq və yaxşı yer üçün əlavə və artıq haqq ödəməlisən. Yaxşı  yer üçün yerpuludan əlavə verilən haqq 300-500-cən qalxa bilir. 

Bundan başqa, orada antisanitariya mühiti hökm sürür. Qida məhsulları az qala palçığın, toz-torpağın içində satılır.  Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların öz məhsulunu birbaşa alıcıya çatdıra bilmir. 

Təzə yarmarkada hər altı-bazar eynilə  köhnə yarmarkadakı qədər külli miqdarda pul yığılır. Dırnaqarası yarmarkaya icra hakimiyyətində yüksək vəzifədə işləyən məmurun Maqsud adlı yaxın adamı tərəfindən nəzarət olunur. Bütün bunlar məhsulların bahalaşmasına gətib çıxarır. 

Qida Təhlükəsizliyi Agentliyi mətbuatda bəyan etmişdi ki, Sumqayıt şəhərində yerləşən yarmarkalarda da qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

Görəsən, Qida Təhlükəsizliyi Agentliyinin , kənd təsərrüfatı naziri  İnam Kərimovun və müvafiq qurumların  burda satılan məhsulların yoxlanılmamasından, ümumiyyətlə burada hökm sürən qanunsuzluqlardan görəsən xəbəri varmı?! Deyilənlərin həqqiqət olduğuna əmin olmaq üçün bu adı yarmarka, əslində adi bazara bircə dəfə baş çəkmək kifayətdir”.