Video 19:47 28.07.2018

Pambıqçıların zəhərlənməsi ilə bağlı aparılan araşdırma nə yerdədir? (VİDEO)

Ölkədə bitkiləri məhv edən zərərli orqanizmlər xeyli azalıb.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki,  bu barədə məlumat Dövlət Fitosanitar Xidməti tərəfindən Göygöldə keçirilən regional müşavirədə verilib.

"Respublika ərazisində aqrokimyəvi xidmətlərin təşkili və bitki mühafizəsi tədbirlərinin həyata kecirilməsində texniki təhlükəsizlik qaydaları" mövzusunda təşkil edilən müşavirədə kənd təsərrüfati mütəxəssisləri ilə yanaşı fermerlər də iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, ölkə ərazisində bitki örtüyünə ziyan vuran karantin və xüsusi təhlükəli zərərli orqanizimlərə qarşı mübarizə davam etdirilir. Bu tədbirlər nəticəsində külli miqdarda məhsul itkisinin qarşısı alınıb, zərərvericilərin yayılma arealı xeyli azalıb. Müşavirə zamanı fermerlərə torpaqların kompleks aqrokimyəvi analizlərində müasir texnologiya və üsulların tətbiqi, eləcə də pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqda məlumatlar verilib.

Müşavirədən sonra jurnalistlərə açıqlama verən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov rayonlardakı pambıq zəhərlənmələri ilə bağlı aparılan araşdırmalardan danışıb.